Rusiya və ABŞ Suriya məsələsini müzakirə edib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu dəfə Rusiya xarici işlər naziri və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. Telefon danışığı zamanı tərəflər ABŞ-ın Suriya bazasına endirdiyi hava zərbələrini müzakirə ediblər.
Məlumata görə, Serqey Lavrov ABŞ-ın Suriya bazasına endirdiyi hava zərbələrinin ekstremistlərin xeyrinə olduğunu bildirib.
Modern.az