Modern.az

Azərbaycan futzalçıları qalib oldu

Azərbaycan futzalçıları qalib oldu

8 Aprel 2017, 23:01

Futzal üzrə AÇ-2018-in seçmə mərhələsinin B qrupunda mübarizəyə start verilib. Yığmamız ilk rəqibi olan Bosniya və Herseqovina millisini 5-4 hesabıyla məğlub edib.  Milli komandanın qapıçısı Rövşən Hüseynli  oyun barəsində fikirlərini Modern.az saytı ilə bölüşüb: “Həmişə ilk oyunlar atmosfer baxımından, oyuna öyrəşmək eyni zamanda psixoloji hazırlıq baxımından çətin olur.  Bu gün də  ilk oyun olduğuna görə  komandamızda bu vəziyyət  müəyyən qədər  hiss olunurdu. Rəqibi oyundan əvvəl analiz etmişdik. Belə  düşünürəm ki, birinci bizim hesabda irəli keçməyimiz bir az arxayınçılıq yaratdı. Sonradan gücümüzü toplayıb hesabı öz xeyrimizə dəyişə bildik. Əsas odu qalib gəldik”.

Rəqibin bir neçə təhlükəli zərbələrini dəf edərək komandasına qalibiyyət qazandıran gənc qapıçı son saniyələrdə buraxdığı  qol səhvini belə izah etdi: “Həmin epizodda futbol termini ilə desəm üç “rikoşet” oldu. Top əvvəl  Vassouraya sonra Vitaliyə sonra mənə  toxunaraq qol oldu. Yəni futbolda belə hallar çox olur. Bunu da təbii qarşılamaq lazımdır. Çünkü futbolda daim stabil oynamaq mümkün deyil. Cətin oyunlar da olur nisbətən rahat oyunlar da”.

Sonda Rövşən Hüseynli komandasının növbəti oyunlara hazırlığı barədə də fikirlərini bildirdi:

“Məqsədimiz maksimum nəticə ilə qrupda  birinciliyi qazanmaqdır. Bu gün oyunda ola bilər ki, müdafiədə müəyyən qədər boşluqlar var idi. Əsas odur qalib gələ bildik. Növbəti  oyunlarda bu səhvlərimizi aradan qaldırmağa çalışacağıq”.

 

Aida İSAQ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza