Modern.az

Rusiya dünyaya yenidən göz dağı vermək istəyir  - yeni istehsalla

Rusiya dünyaya yenidən göz dağı vermək istəyir  - yeni istehsalla

Dünya

8 Aprel 2017, 23:36

Rusiya öz hava məkanını qorumaq üçün “Miq-31” uzaq radiuslu qırıcılardan istifadə etməyə davam edir. Lakin, Moskva qərara alıb ki, bu qırıcı təyyarələri daha da modernləşdirmək zərurəti var.

Əlbəttə ki, Rusiyanın hərbi kontingentində “Miq-31”lər 2030-cu ilə qədər qala bilər, lakin gec-tez onu əvəzləmək lazımdır.

 

Modern.az saytının məlumatına görə, bu haqda ABŞ-ın nüfuzlu “The National İnterest” nəşri yazıb. Məlumata görə, Rusiya hakimiyyəti “Miq-41”lərin hazırlanması üçün ilkin maliyyə vəsaitlərini ayırıb.

Rusiyalı hərbi ekspert Vasili Kaşin bildirib ki, “Miq-41”lərin hazırlanması layihəsinin gələcəyinə ümidlə baxır.

 

Onun fikrincə, buna bənzər layihələr 5 və ya 6-cı nəsil döyüş təyyarələrinin istehsalına gətirib

 

Rusiyanın müdafiə sənayesindəki mənbə isə deyib ki, Rusiyanın bu qırıcı təyyarələri istehsal etmək üçün kifayət qədər resurslara sahib olmasına bir çoxları şübhə edir. Lakin, bu, belə deyil.

Şübhəsiz ki, Moskva bu hərbi təyyarələrin dövriyyəyə girməsinə ciddi şəkildə ümid edir.

 

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB