Polşada yaşayış binalarından birində partlayış olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, baş verən partlayış nəticəsində 6 nəfər ölüb. Ölənlər arasında azyaşlıların da olduğu bildirilir. Hadisə zamanı daha 2 nəfər xəsarət alıb.
İlkin məlumata görə, hadisə qaz balonunun partlaması nəticəsində baş verib. Parlayış nəticəsində bina uçub
Modern.az