Modern.az

HDP-nin referendumla bağlı mahnısı qadağan olundu

HDP-nin referendumla bağlı mahnısı qadağan olundu

Dünya

9 Aprel 2017, 00:40

“HDP-nin referendumla bağlı hazırladığı “Bejna Na” mahnısının qadağan olunması üçün tapşırıq verdim”.  Modern.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Süleyman Soylunun sözlərinə görə, HDP bir mahnı hazırlamışdı:  “Tək millətə, tək dövlətə, tək bayrağa yox”. Həmin an bu mahnının qadağan olunması üçün valiyə zəng etdim. Daha sonra HDP-çilər mənə zəng etdilər. Mən dedim ki, bu mahnının heç bir yerdə səsləndirilməsinə qətiyyən icazə verə bilmərəm. Bu qədər bəsit. Bunlar elə bir cəbhədir ki, boşluq verdiyiniz an ölkənin hər tərəfində törəyərlər”.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB