Modern.az

ADU-da tələbələrin bədii yaradıcılıq festivalı keçiriləcək

ADU-da tələbələrin bədii yaradıcılıq festivalı keçiriləcək

15 Aprel 2011, 09:50

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadan aldığımız məlumata görə, aprelin 18-də ADU-da Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tələbələrin bədii yaradıcılıq festivalı keçiriləcək. Universitetin bütün fakültələrindən 27 tələbənin iştirak etdiyi festivalda rəqs, bədii qiraətlə yanaşı, retro və müasir mahnılar da səslənəcək. Tədbirin əvvəlində isə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən süjet təqdim ediləcək. Tələbələrin bədii yaradıcılıq festivalında onların istedadını xalq artisti, bəstəkar Faiq Sücəddinov, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova və beynəlxalq festivalların laureatı, məşhur rəqqasə Oksana Rəsulovadan ibarət münsiflər heyəti üzə çıxaracaq.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?