Modern.az

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları referenduma səs verir

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları referenduma səs verir

Aktual

9 Aprel 2017, 10:46

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının Türkiyə konstitusiyasına əlavə və dəyişiklərə dair referendumda səsverməsi başlayıb.


Modern.az xəbər verir ki, səsvermə Türkiyənin Bakıdakı səfirliyində və Gəncə və Naxçıvanda yerləşən Baş konsulluqlarında keçirilir. 

Səsvermə yerli vaxt ilə saat 21:00-da başa çatacaq.

Azərbaycanda səsvermə hüququna malik olan 6 mindən çox Türkiyə vətəndaşı yaşayır.

Qeyd edək ki, Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum aprelin 16-ı keçiriləcək.

Türkiyədən kənarda 3 milyona yaxın seçici yaşayır. Onlar 57 ölkədə Türkiyənin 119 diplomatik nümayəndəliyində səs verə bilər.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza