Modern.az

IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Astara mərhələsi başlayıb

IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Astara mərhələsi başlayıb

Aktual

9 Aprel 2017, 12:32

“Bakı-2017”  IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Astara mərhələsi başlayıb.

 

Modern.az-ın APA-ya istinadən xəbərinə görə,  Astarada səyahətin ilk ünvanı Astaranın Ərçivan kəndində yerləşən “Yanar Bulaq” kompleksi olub.

 

Sərbəst güləş üzrə dünya çempionatının bürünc mükafatçısı Əliabbas Rızazadə, sərbəst güləş üzrə respublika çempionu, əməkdar idman ustası Məhərrəm Ağayevin müşayiəti ilə şahmatçı Mirrahil Ağayev yanar bulağın  suyundan götürüblər. Sonra səyahət iştirakçıları Astara  şəhərinə yola düşüblər.

 

Su mərasimi bu gün 20:00-da Astarada dənizkənarı Park-Bulvarda su festivalı  ilə müşayiət olunacaq.

 

Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya stadionunda başa çatacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza