Modern.az

Salyanda dərmandan zəhərlənən qız dünyasını dəyişib

Salyanda dərmandan zəhərlənən qız dünyasını dəyişib

Aktual

9 Aprel 2017, 14:31

Ötən gün Salyan rayonunda dərmandan zəhərlənən 21 yaşlı qız xəstəxanada dünyasını dəyişib.

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə aprelin 8-i axşam saatlarında rayonun Noxudlu kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Gülmira Qəhrəman qızı Cahangirova xəstəliyi ilə əlaqədar həddindən artıq dərman qəbul etdiyindən zəhərlənib. O, yaxınları tərəfindən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirirdilər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza