Xidməti avtomobillər hökumətlərin ən çox görülən rəmzləridir. Bu nəqliyyat vasitələri seçilərkən insanlar üzərində yaradacağı təsirə, gücünə, möhkəmliyinə və ölkə mədəniyyətini təmsilinə diqqət yetirilir. Modern.az dünyanın ən güclü insanlarının istifadə etdiyi 10 xidməti avtomobili təqdim edir.
Mercedes-Benz 600
Bir çox dövlət başçısı və krallıq üzvünün seçimi olan Mercedes-Benz 600 istehsal edildiyi dövrdə dünyanın ən bahalı avtomobiliydi. Mercedes-Benz 600 hazırda aralarında Azərbaycan Prezident İlham Əliyevin də olduğu 70 ölkənin liderini daşıyır.
Hongqi L5
Çin Kommunist Partiyası üzvlərinin rəsmi avtomobili olan Hongqi L5 eyni zamanda ölkəni ziyarət edən dövlət liderlərinə də təsis edilir. 800 min dollarlıq qiyməti ilə Çinin ən bahalı avtomobilidir.
2002-2009 Lancia Thesis
İtaliyanın rəsmi dövlət avtomobili olan Lancialar 2014-də hökumətin başına gələn Matteo Renzinin rəğbətini qazana bilməyib. Qənaət tədbirləri çərçivəsində eBay satışa təqdim olunan 151 avtomobilin əksəriyyəti Lancia olub. 2014-dən bu yana İtaliya hökumətləri Fiat avtomobilindən istifadə edir.
ZiL 41047
Sovet İttifaqı dövrünün limuzini Zil Kuba lideri Fidel Kastro-ya da xidmət edib. İndilərdə Havana küçələrində taksi kimi xidmət verir. Rus hökuməti isə ən son 2010-cu ildə 3 ədəd sifariş verib.
Lincoln Continentals
Şimali Koreyanın eks prezidenti Kim Jong-İl 2011-ci ildə öləndə istifadə edilən maşını arabası Linkoln Continentals idi. Yalnız bu avtomobillərin ölkəyə necə gəldiyi həmişə mübahisə mövzusu olub. Proqnozlar 1970-ci illərdə Fordun Yaponiya şöbəsi tərəfindən Şimali Koreyaya gətirildiyi istiqamətindədir.
Toyota Century
Ən yaxşı müştəri Yaponiya hökuməti olan Toyota Century eyni zaman Yapon kral ailəsinə də xidmət göstərir. Adətən ictimaiyyət üçün açıq satışı məhdud olan bu model eyni zamanda Yapon mafiyozu Yakuzanın da favoritidir.
1961 Lincoln Continental Limousine
Bir sui-qəsdə qurban gedən ABŞ Prezidenti J.F. Kennedinin o gün içində olduğu maşın 1961 Lincoln Continental Limousine olub. Bu avtomobil Kennedinin şəxsi istəyi ilə istehsal edilib. ABŞ hökuməti illik 500 dollara bu maşını icarəyə götürmüşdü. Kennedinin ölümündən sonra maşının görkəmində müəyyən dəyişiklik edilib və 1977-yə qədər bir neçə prezidentə xidmət etdikdən sonra Henri Ford Muzeyinə bağışlanıb.
Rolls-Royce Phantom IV
1950-ci ildə ilk dəfə ortaya çıxan Rolls-Royce Phantom IV yalnız dövlət liderləri sifariş veriləndə istehsal edilib. Günümüzdə bu avtomobildən 18 ədəd var. İspaniya və İngiltərədə rəsmi nəqliyyat vasitə kimi istifadə edilir.
2001 Bentley State Limousine
2001-de Kraliça II. Elizabetin Qızıl Yubileyintəbrik etmək üçün istehsal edilən Bentley State Limuzin-dən yalnız iki ədəd var. Kral ailəsi tərəfindən istifadə edilən vasitə Kraliçanın rəsmi avtomobilidir.
2009 Cadillac One
The Beast kimi də tanınan The Cadillac One lüks görünüşünə baxmayaraq əslində çox güclü bir avtomobildir. Qapıları Boeing 747 təyyarəsinin qapısı qədər ağırdır. Bu avtomobil dünyada prezidentlərin istifadə etdiyi xidməti avtombillərin ən etibarlısı hesab edilir. Bu avtomobil məxsusi olaraq ABŞ-ın 44-cü prezidenti Barak Obama üçün hazırlanıb.
Qafar Ağayev