Somalinin paytaxtı Moqadişoda hərbi bazanın yaxınlığında partlayış baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş vermiş partlayış nəticəsində 15 nəfər ölüb.
Hərbçilərin məlumatına görə, partlayıcı qurğu intiharçı-terrorçu tərəfindən işə salınıb, onun məqsədi yüksək vəzifəli hərbi məmurlar olub.
Məlumata görə, partlayış yaxınlıqdan gedən mikroavtobusu məhv.
"Mülki şəxslərlə dolu olan mikroavtobus partladılıb, bütün sərnişinlər həlak olub", - silahlı qüvvələrin nümayəndəsi Əbdiqadir Hüseyn bildirib.
Modern.az