Paytaxtın Yusif Səfərov küçəsində ötən gün başlayan piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin rənglənməsi işi tamamlanmaq üzrədir.
“Azəravtoyol” ASC-dən Modern.az-a verilən məlumata görə, artıq yolda üfiqi nişanlanma xətləri çəkilir: “Yaxın saatlarda işlər tam yekunlaşdırılacaq və bu gecədən etibarən küçə yenidən sürücülərin istifadəsinə veriləcək”.
Modern.az