Modern.az

Bakıda yaşayış binası yandı: 10 nəfər təxliyyə edildi

Bakıda yaşayış binası yandı: 10 nəfər təxliyyə edildi

Aktual

9 Aprel 2017, 23:03

Bakıda çoxmərtəbəli bina yanıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus ev yanıb. Ümumi sahəsi 64 kvadrat metr olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 kvadrat metr və eyvan 2 kvadrat metr sahədə yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza