Sumqayıtda yanğın olub. Modern.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Kotec qəsəbəsində qeydə alınıb. Bir mərtəbəli həyət evində başlanan yanğın güclü olduğundan hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürən maşını cəlb olunub. Yanğınsöndürənlər alovun digər ərazilərə keçməsinin qarşısını alıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının verdiyi məlumata görə, yanğına səbəb elektrik naqillərində yaranan qısaqapanma olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, ev əşyaları ilə birlikdə təmamilə yanaraq külə dönüb.
Modern.az