Modern.az

İlk qadın müdafiə naziri evində ölü tapıldı

İlk qadın müdafiə naziri evində ölü tapıldı

10 Aprel 2017, 00:45

İspaniyanın ilk qadın müdafiə naziri dünyasını dəyişib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 46 yaşlı Karm Çaken evində ölü tapılıb. Belə ki, uzun müddət telefon zənglərinə cavab verməyən sabiq nazirin yaxınları onun evinə yollanıb. Yaxınları  Karm Çakenin öldüyünü görüblər.

İlkin məlumata görə, Çaken ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Sosialist Partiyasının üzvlərindən olan sabiq nazir 2000-2007-ci illərdə deputat olub, 2008-2011-ci illərdə müdafiə naziri vəzifəsini daşıyıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu