ABŞ-ın dövlət katibi Reks Tillersonun aprelin 11-12-də Moskvaya işgüzar səfəri olacaq. Modern.az saytının xarici KİV-ə istinadən xəbərinə görə, Tillerson səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşünü ləğv edib.
Bu barədə "Amerikanın səsi" radiostansiyasının büro rəhbəri Stiv German “Twitter” hesabında yazıb.
“Rusiya prezidenti Vladimir Putinlə Moskvada nəzərdə tutulan görüş Tillersonun qrafikindən çıxarılıb”-deyə Stiv German bildirib.
Xatırladaq ki, Tilersonun səfəri çərçivəsində Suriya böhranının əsas müzakirə mövzusu olacağaı gözlənilir.
Aqşin Kərimov