Modern.az

Ali dini lider dövlət gerbinin dəyişdirilməsini təkilf edib

Ali dini lider dövlət gerbinin dəyişdirilməsini təkilf edib

15 Aprel 2011, 11:35

Rusiya müsəlmanlarının baş müftisi Talqat Tacuddin ölkənin dövlət gerbinə dəyişiklik etməyi təklif edib. Modern.az “Moskovskiy Novosti” qəzetinə istinadən bildirir ki, müfti gerbdə əks olunan ikibaşlı qartallardan birinin üzərində ayparanın olmasını istəyib.

“”Gerbdəki iki qartal başı üzrərindəki üç tac üzərində xaç əks edilib. Amma Rusiyada həmiçinin 20 miyon müsəlman yaşayır. Bu əhalinin 18 faizidir. Biz Səudiyyə Ərəbistanından, İrandan, Afrikadan və Aydan gəlməmişik. Biz Rusiya müsəlmanlarıyıq”-deyə müfti qeyd edib. 

T.Tacuddinin təklifinə görə, qartallardan birinin başında aypara, digərində isə provoslav xaçı əks olunsun. Ortadakı tac üzərində isə aypara və xaç birgə göstərilsin.
“Bundan sonra heç bir düşmən dini faktordan siyasi məqsədlərlə istifadə edə bilməz”-deyə müfti bildirib.

T.Tacuddin deyib ki, gerbin dəyişdirilməsi ilə bağlı təkliflər artıq Dmitri Medvedeevə və Vladimir Putinə göndərilib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?