Modern.az

AzTU-da Fransa ali məktəblərinin təqdimatı keçirilib

AzTU-da Fransa ali məktəblərinin təqdimatı keçirilib

10 Aprel 2017, 15:00

Fransanın Azərbaycandakı səfirliyinin universitetlərarası əməkdaşlıq üzrə məsul işçisi Batist Minyo Azərbaycan Texniki Universitetində I kurs tələbələri ilə görüşüb.

 

Batist Minyo Fransa universitetlərində təhsilin keyfiyyəti, tədrisin istehsalatla birgə fəaliyyəti vətəqaüd proqramları haqqındatələbələrə ətraflı məlumat verib. Səfirliyin nümayəndəsi bildirib ki, Biznes və Menecment üzrə dünyanın  ən yaxşı ali təhsil müəssisələrinin25%-i Fransada yerləşir.

 

Fransada təhsil bakalavriat pilləsində fransız dilində, magistratura pilləsində isə tələbənin seçimi iləfransız yaxud da ingilis dilindəaparıldığını deyən Batist Minyotəhsilin ödənişli və ödənişsiz əsaslarla olmasından aslı olmayaraq universitetlərin dövlət tərəfindən maliyyələşdirildiyini qeyd edib.

 

Görüşdə AzTU-nun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Natiq Əhmədov Fransa universitetləri iləmövcud əməkdaşlığından danışaraq bu əlaqələrin nəticəsi olaraq müəllim-tələbə mübadiləsi, birgə konfransların keçirilməsi, elmi-tədqiqat işlərinin aparılmasını qeyd edib və gələcəkdə ikili diplomların alınması üzrə mühüm işlər həyata keçirildiyini bildirib.

 

Sonda tələbələri maraqlandıran bütün suallar Fransa səfirliyinin nümayəndəsi tərəfindən cavablandırılıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza