Modern.az

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları dinlədi

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları dinlədi

10 Aprel 2017, 15:40

Bu gün 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik  Əhliman  Əmiraslanov   Milli Məclisdə vətəndaşları növbəti dəfə qəbul edib.

 

Qəbulda  Milli Məclisin Səhiyyə komitəsinə səhhətində olan problemlərlə bağlı müraciət edən insanlar komitə sədrindən xəstələrin müalicəsi, süni mayalanma,  müxtəlif cərrahi əməliyyatlar və orqan köçürülməsi ilə bağlı köməklik istəyiblər.  Qəbul zamanı, həm də 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və müxtəlif  problemlərin həllində deputatdan  köməklik istəyən seçicilər də iştirak etmişdir.

 

Əhliman Əmiraslanov qəbula müraciət edən vətəndaşları  ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin diqqət mərkəzində olduğunu və həlli istiqamətində müvafiq addımlar atılacağını bildirdi.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza