Modern.az

Azərbaycanlı deputatlar referendumu izləmək üçün Türkiyəyə gedirlər

Azərbaycanlı deputatlar referendumu izləmək üçün Türkiyəyə gedirlər

10 Aprel 2017, 16:47

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Türkiyədə keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 13-də Ankaraya səfərə gedəcəklər.

Bu haqda Modern.az-a Milli Məclisdən məlumat verilib. 

Deputatlar Türkiyə Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsində Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə iştirak edəcəklər.

Deputatlarımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəklər. Səfər aprelin 17-də başa çatacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza