İşdə hər kəs pis gün keçirə, xəyal qırıqlıqları və uğursuzluqlar yaşaya bilər. Əhəmiyyətli olan problemlərin öhdəsindən gələ bilməkdir. Günümüzün ən böyük problemlərindən biri olan stress bəzi insanlar tərəfindən əhəmiyyətsiz kimi görünür, amma stress səhhətimizə ən böyük zərər verən reaksiyalardan biridir. Stressi mənfidən pozitivə çevirməyi bacarmaq lazımdır. Bəs görəsən dünyanın ən məşhur iş adamları stresslə necə mübarizə aparırlar? Modern.az xarici KİV-ə istinadən məşhur iş adamlarının stresslə mübarizəsini təqdim edir.
Jeff Bezos, Amazon-un baş direktoru:
Dünyanın ən varlı ikinci adamı olan Cef Bezos sürətlə böyüyən və inkişaf edən şirkətin başında olmağın stressini yaşayır. Amazon kinolara, seriallara, Amazonka Echo kimi ev əşyalarına hətta Amazonka Go ilə zamansız və ödəniş etmədən alış-veriş etməyinizi təmin edəcək sistemlərə qədər bir çox yeni biznes qollarında inkişaf edir. Bezosun bu qədər təcrübədən sonra öyrəndiyi dərs isə stresslə yalnız bir problem baş verəndə mübarizə aparmasıdır: nə zaman olacaq, oldumu, olmadımə deyə, özünü boşuna tez-tez sıxmır. Problemi gördüyü anda dərhal üstünə gedir. "Problemin səbəbini öyrəndiyim, ya da tapdığım kimi dərhal birini axtarıram, atılması lazım olan mailləri göndərirəm, bir sözlə həll etməyə çalışıram. Problem həll edilməsə də üzərinə şiddətli bir şəkildə getməyimiz hamımızda stress səviyyəsini azaldır".
Richard Branson, Virgin Group-un sədri:
Riçard Branson bəlkə hər zaman çox gülərüzlü olduğundan heç stress keçirməyən bir iş adamı kimi görünə bilər, lakin bir çox uğursuzluğa uğramış şəxs olaraq stresslə necə mübarizə aparmaq lazım olduğunu çox yaxşı bilir. Riçard Bransonun sizə təklifi isə belədri: heç vaxt özünüzü günahkar hiss etməyin. "Bəzi insanlar həmişə özlərini günahlandırırlar. Məsələn, tətildəykən işdən uzaq qalırlar deyə, özlərini günahlandırırlar. İşlə bağlı özününüzü günahlandırmaq hissini unudun və rahatlığı üstünlük verin".
Elon Musk, Tesla-nın baş direktoru:
Dünyanın ən çox danışılan baş direktorlarından biri olan Elon Musk Tesla, Space X və Solar City-ni eyni anda idarə edə bilir. Musk-a görə, stresslə başa çıxmaq üçün bircə variantı var: o da barışmaq. "Əgər bir şeyi çox etmək istəyirsinizsə, uğur ehtimalınız aşağı olsa da, yenə də sınamalısınız".
Bill Geys, Microsoft-un baş direktoru:
Nə qədər yardım etsə də və pulunu paylaşsa da, 25 il ərzində dünyanın ilk trilyoner-i Bill Qeys olacaq. Stresslə mübarizə aparmaq üçün "yalnız mühüm olan işlərə baxmaq və əsas məsələlərin üzərindən keçmək" təklifini edir. Stress olanda hara gedəcəyimizə təəccüblənirik, aldığımız yükün altından qalxa bilmirik, amma bir işi tək-tək etsək, daha yaxşı bir performans və daha yaxşı nəticə əldə edə bilərik.
Qafar Ağayev