Şamaxı şəhərində mənzildə yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 79 kvadrat metr olan 4 otaqlı mənzilin 1 otağında ev əşyaları 15 kvadrat metr sahədə yanıb.
Yanğın zamanı bir nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Modern.az