İctimai Palatanın Koordinasiya Şurasının bazar gününə tətin edilən mitinqlə bağlı iclası başlayıb. Bu barədə Modern.az-a qurumun katibliyinin rəhbəri, Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.
İctimai Palatanın üzvləri aprelin 17-nə təyin etdiyi razılaşdırılmamış etiraz aksiyası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin müraciətini müzakirə edəcəklər. Bundan sonra isə mitinqlə bağlı yekun qərar veriləcək.
Xatırladaq ki, şəhər rəhbərliyi etiraz aksiyasının Bibiheybətdəki stadionda keçirilməsinə razılıq verib.