Donald Tramp Suriyaya yeni zərbə endirilməsi barədə əmr verməyə hazırdır. Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Zəhərli qazlar və kimyəvi elementlərin tətbiqi davam edərsə, biz yeni zərbələr varinatını qüvvədə saxlayacağıq” – deyə Ağ Evin rəsmi nümayəndəsi Şon Spenser deyib.
Bundan öncə, Tramp Suriyadakı ABŞ hərbçilərinin hər vasitə ilə qorunacağını bildirib.
Vüqar İSMAYILOV