Modern.az

60 yaşlı kişi özünü təndirxanada asıb

60 yaşlı kişi özünü təndirxanada asıb

10 Aprel 2017, 22:44

Zaqatalada 60 yaşlı kişi özünü təndirxanada asıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mazıx kəndində qeydə alınıb. Kənd sakini, 1957-ci il təvəllüdlü Məzahir Fazil oğlu Allahverdiyevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Aparılan ilkin araşdırma zamanı 60 yaşlı Məzahir Allahverdiyevin hələki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza