Modern.az

Bakıda məcburi köçkünlər çadırlara yerləşdirilib - VİDEO

Bakıda məcburi köçkünlər çadırlara yerləşdirilib - VİDEO

11 Aprel 2017, 00:09

Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı bina uçmaq təhlükəsi qarşısındadır. Modern.az xəbər verir ki, məcburi köçkünlər çadırlara yerləşdirilib.

“Xəzər xəbər”in məlumatına görə, "Energetika" pansionatı adlanan bina artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən boşaldılıb, bina sakinləri təxliyə edilib.

Məcburi köçkünlərdən yaşamaq üçün başqa yeri olmayanlar üçün binanın həyətində 70-yə yaxın çadırlar qurulub.

Çadırlar hər cür şəraitlə təmin edilib, ərazi olaraq FHN əməkdaşlarının nəzarətinə götürülüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza