"Boko Haram" qruplaşmasının 57 silahlısı məhv edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Nigerin təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqindəki Diffa şəhərinin yaxınlığında xüsusi əməliyyat keçirib. Belə ki, silahlıların həmin kəndə hücumu zamanı 15 əsgər və 2 dinc sakin xəsarət alıb. Bundan sonra əməliyyata başlayan təhlükəsizlik qüvvələri qruplaşma üzvlərini məhv edib.
Modern.az