“Bizim qurumda korrupsiyaya qarşı mübarizə tədbirləri aparılmır”. Bu sözləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov son zamanlar ölkə miqyasında aparılan antikorrupsiya tədbirləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildiib. Modern.az-ın məlumatına görə, komitə sədri qeyd edib ki, rəhbərlik etdiyi qurumda bu isiqamətdə hər hansı tədbir həyata keçirilmir.
“Bir çox jurnalistlər mənə “korrupsiyaya qarşı hansı tədbirlər həyata keçirirsiniz, kimləri işdən çıxarmısınız” kimi suallar ünvanlayırlar. Mən dəfələrlə demişəm, indi də təkrar edirəm, Dövlət Torpaq və Xəritəçəkmə komitəsində korrupsiyaya qarşı mübarizə tədbirləri aparılmır. Bundan ötrü Baş Prokurorluq yanında Korrupsiya İdarəsi var. O bu işlərlə məşğul olur”-deyə Q.Məmmədov qeyd edib. O, bildirib ki, ölkə prezidentinin müvafiq fərman və sərəncamlarında bu məsələlər xüsusi vurğulanıb.
“Cənab prezidentin müvafiq fərman və sərəncamlarında söhbət şəffaflığın artırılmasından gedir və dövlət məmurlarından tələb olunur ki, şəffaflıq artırılsın ki, korrupsiya halları olmasın”.
Anar Rüstəmov