Modern.az

Qarabağa gedən bolqar politoloq xəbərdarlığa məhəl qoymur

Qarabağa gedən bolqar politoloq xəbərdarlığa məhəl qoymur

11 Aprel 2017, 09:22

Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə gedən bolqarıstanlı politoloq Georgi Kolarov növbəti “səfərlərindən” qalmayacağını bəyan edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda olan Dağlıq Qarabağ separatçılarının keçirdiyi qondarma referendumu müşahidə etmiş bolqarıstanlı politoloq Azərbaycana meydan oxuyub. O, Azərbaycanın bolqarıstandakı səfiri Nərgiz Qurbanovaya yazdığı açıq məktubda erməni işğalçılarının tərəfindən çıxış edib.

Xatırladaq ki, Georgi Kolarovun adı icazəsiz olaraq işğal altındakı Dağlıq Qarabağ ərazisinə getdiyinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na salınıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza