Modern.az

Büdcə vəsaitlərini “yeyən” bəzi qurumlara həmin pullar geri ödətdirilib

Büdcə vəsaitlərini “yeyən” bəzi qurumlara həmin pullar geri ödətdirilib

11 Aprel 2017, 09:48

Ötən illərdə aparılmış nəzarət tədbirləri üzrə qurumlar tərəfindən 2016-cı ildə müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı məlumatların alınması təmin edilib.

Modern.az-ın məlumatına görə, bu Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd edilib.

Qurumdan saytımıza verilən məlumatda bildirlib ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi, “Azərsu”” və “Azərkosmos”ASC, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Respublikasının NATO təşkilatında nümayəndəliyi, Masallı və Tovuz rayonları əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən 35,5 min manat, 14,6 min avro, 33,1 min ABŞ dolları məbləğində vəsait dövlət büdcəsinə, 103,9 min manat məbləğində mal-material natura şəklində bərpa edilib, 42,0 min manat məbləğində debitor borcun bağlanması isə təmin edilib.

Həmçinin DSMF-in Xətai, Ağstafa,  Masallı və Cəlilabad rayon şöbələrində aparılmış tədbirlərlə bağlı işlərin davamı olaraq hesabat ilində bu şöbələr tərəfindən 40,3 min manat artıq ödənilmiş pensiya məbləği, 37,0 min manat məbləğində əlavə hesablanmış məcburi dövlət sosial sığorta haqqı müvafiq qaydada DSMF-in büdcəsinə ödənilib.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza