Qazaxıstan prezidenti Nursultan Nazarbayev İŞİD-ə qoşulan ölkə sakinlərinin vətəndaşlığının ləğv olunacağını deyib.
Modern.az xəbər verir ki, o bu barədə “Mir24” telekanalına müsahibəsində deyib.
“Qanunvericiliyə görə Qazaxıstan vətəndaşı hər hansı ekstremist qruplaşmaya qoşulmaq üçün ölkədən gedərsə, avtomatik olaraq vətəndaşlıqdan çıxarılacaq. Bu məcburi addımdır”.
Onun sözlərinə görə ölkədən gedən 500-600 sakin İŞİD sıralarına qoşulub. Onların bəziləri ölkəyə qayıdaraq ekstremist fəaliyyətlərini davam ediblər.
Vüqar İSMAYILOV