Yanvar-mart aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.
Bu haqda Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Modern.az-a verilən məlumatda bildirilib.
2017-ci ilin yanvar-mart ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 1 miyard 420 milyon 746 min manat məbləğində vəsait ödənilib. Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 103,8% əməl olunub.
Gülşən RAUFQIZI