Modern.az

“ABŞ-ın Qarabağ məsələsinə yanaşması sərtləşəcək” – Rusiyalı politoloq

“ABŞ-ın Qarabağ məsələsinə yanaşması sərtləşəcək” – Rusiyalı politoloq

11 Aprel 2017, 11:06

“Qarabağ məsələsində ABŞ öz yanaşmasını  ortaya qoyacaq. Bu yanaşma, əvvəlindən daha sərt olacaq”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə politoloq, Strateji İnkişafın Modelləşməsi Mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk deyib.

 

Onun fikrincə, Rusiyanı münaqişəsinin həllindəki vasitəçi missiyasından uzaqlaşdırmaq istəyirlər.

“ABŞ Suriya məsələsində öz maraqlarını irəli apara bilsə, Rusiyanı Qarabağ məsələsindəki rolundan da kənarlaşdırmağa çalışacaq. Suriya məsələsi çox şeyi həll edəcək. Bundan sonra Rusiyanın mövqelərinin zəifləməsi yaxud möhkəmlənməsi baş verəcək”.

 

Vüqar İSMAYILOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza