Modern.az

Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradıldı

Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradıldı

11 Aprel 2017, 11:09

Aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” imtahanı ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apelyasiya Komissiyası yaradılıb.

DİM-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında fəaliyyət göstərir. Abituriyentlər Apelyasiya Komissiyasına 11-13 aprel tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza