Modern.az

Suriya hava qüvvələrinin 20 faizi məhv edilib

Suriya hava qüvvələrinin 20 faizi məhv edilib

11 Aprel 2017, 11:22

ABŞ Müdafiə Nazirliyindən və Ağ Evdən ABŞ-ın Suriyada keçirdiyi hava hücumu ilə bağlı açıqlama gəlib. Suriyanın hava qüvvələrinin 20 faizinin məhv edildiyi açıqlanıb.

 

Modern.az xəbər verir ki, məsələ ilə bağlı Ağ Ev Sözçüsü Sean Spicer də açıqlama verib. Şayrat Hava Bazası hücumunu "olduqca uğurlu bir hücum" kimi qiymətləndirən Spicer, hava bazasının hələ də istifadə edildiyi şəklindəki iddiaları "PR fəaliyyəti" kimi səciyyələndirib. O, hücum nəticəsində "Suriyanın hava əməliyyatı tutumunun 20 faizinin yox edildiyini" deyib.


Rusiyanın Əsəd rejiminə verdiyi dəstəyi də tənqid edən Spicer "Rusiyanın İran və Şimali Koreya kimi ölkələrlə yanaşı dayandığını" və buna müqabil özlərinin kimyəvi silahların istifadə edilməsinə qarşı beynəlxalq bir dam altında qaldıqlarını qeyd edib.

 

Qafar Ağayev

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza