Modern.az

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

11 Aprel 2017, 13:17

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, anoloji işlər bu gün axşam 22:00-dan Heydər Əliyev prospektinin "Böyük Şor" yol qovşağından şəhər mərkəzinə doğru olan istiqamət üzrə köməkçi yolda aparılacaq. Rəngləmə işləri səhər saatlarınadək başa çatdırılacaq.

 

Bu müddət ərzində prospektin köməkçi yolu ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılaraq əsas yola yönəldiləcək.

 

Bundan başqa sabah səhər saatlarından etibarən Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində isə təmir işləri ilə əlaqədar olaraq 2 gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.

 

Məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə tətbiq ediləcək.    "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu