Modern.az

Əli Əhmədovdan müxalifətə ittiham: “Kim yaxşı yaşayır, düşmən kimi qəbul olunur”

Əli Əhmədovdan müxalifətə ittiham: “Kim yaxşı yaşayır, düşmən kimi qəbul olunur”

15 Aprel 2011, 14:08

Parlamentin bu günkü iclasında əsas müzakirə mövzusu müxalifətin keçirdiyi aksiyalar olub. YAP icra katibi, millət vəkili Əli Əhmədov İctimai Palataya daxil olan müxalifət partiyalarını ölkədə düşmənçilik salmaqda ittiham edib.  
“Kim yaxşı yaşayır, kim hakimiyyətdə təmsil olunur, onlar düşmən kimi qəbul olunular”-deyə Ə.Əhmədov vurğulayıb.

Milət vəkili iki il əvvəl “Eurovizion” müsiqi yarımasını xatırladaraq deyib ki, bir radikal müxalifət nümayəndəsi oğlu ilə birgə Avropada keçirilən musiqi yarışmasında erməniyə dəstək verib.
“Bunu Azərbaycan hakimiyyətinə etiraz kimi əsaslandırdı. Onların nəzarətində olan qəzetlər də bu düşmənçiliyi yayırlar”-deyə o vurğualyıb.

(2009-cu ildə keçirilən müsabiqə zamanı “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun oğlu Ermənistan nümayəndəsinə səs göndərdiyinə görə MTN-ə çağırılaraq dindirilib. O zaman bu, beynəlxalq rezonans vermişdi).  

Əli Əhmədov çıxışında həmkarı İqbal Ağazadəyə cavab verib: "İqbal Ağazadənin dedi ki, güya, burda kimsə narahat olur. Biz bir qrup insanın hər hansı bir aksiya keçirməsindən heç də narahat olmuruq, bizim narahat olduğumuz məsələ başqadı. Biz ondan narahatıq ki, radikal müxalifət Azərbaycanda öz düşmənçilik fəaliyyətini davam etdirir".

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?