Modern.az

Meyxanaçı Kərim xəstəxanadan evə buraxıldı

Meyxanaçı Kərim xəstəxanadan evə buraxıldı

11 Aprel 2017, 18:49

Meyxana ustası Ağakərim (Kərim) Novruzov Mərkəzi Klinik Xəstəxanadan evə buraxılıb.
 
 Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə meyxanaçının bacısı oğlu Rüstəm Cənnətov bildirib.
 
Onun sözlərinə görə, meyxanaçı müalicəsini ev şəraitində davam etdirəcək. R. Cənnətov əlavə edib ki, dayısı özünü gümrah hiss edir, vəziyyəti yaxşıdır.
 
Qeyd edək ki, bir neçə gün bundan öncə meyxanaçının beyninə qan sızıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu