Modern.az

ABŞ-ın dövlət katibi Tillerson Moskvadadır

ABŞ-ın dövlət katibi Tillerson Moskvadadır

11 Aprel 2017, 18:53

ABŞ-ın dövlət katibi Reks Tillerson Moskvaya səfər edib.

Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, bu, Tillersonun dövlət katibi postuna təyin edilməsindən sonra Rusiyaya ilk səfəridir.

Aprelin12-də dövlət katibi Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq. Əsas mövzulardan biri aprelin 7-nə keçən gecə ABŞ-ın Suriyadakı hərbi bazaya raket zərbəsi olacaq. Moskva ABŞ-ın bu addımını birmənalı olaraq suveren dövlətə qarşı təcavüz kimi qiymətləndirir.

Bundan başqa, Rusiya tərəfi Liviya, Yəmən və Əfqanıstanda vəziyyətlə bağlı məsələ də qaldırmaq niyyətindədir. Gündəliyə, həmçinin Kiyevin Minsk sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməməsi, ikitərəfli münasibətlərə dair məsələlər daxildir.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB