Modern.az

Filippin sahillərində 5.6 ballıq zəlzələ

Filippin sahillərində 5.6 ballıq zəlzələ

11 Aprel 2017, 21:37

Filippin sahillərində yenidən zəlzələ olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə yeraltı təkanlar 5,6 bal gücündə olub.

ABŞ-ın Geoloji xidmətinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 22.42-da Pondaquitan yaşayış məntəqəsinin 126 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 9,6 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB