“Suriyanın İdlib şəhərindəki mümkün kimyəvi silah hücumu ilə terrorçuların heç bir əlaqəsi yoxdur. Hesab edirik ki, terrorçuların və ya qeyri-dövlət quruluşlarının konkret hücumla heç bir əlaqəsi yoxdur”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti administrasiyasının nümayəndələri Ağ Evdə jurnalistlərə bildiriblər.
Qeyd edək ki, Bəşər Əsəd rejiminə məxsus hərbi qüvvələr tərəfindən Suriyanın İdlib və Hələb vilayətlərinə qurudan və havadan endirilmiş zərbələr nəticəsində onlarla insan həyatını itirib və yaralanıb. Bombardman zamanı ölənlərin xeyli hissəsi uşaqlar olub. Bunun ardınca ABŞ Suriyanın hərbi bazalarına aviazərbələr endirib.
Modern.az