Modern.az

Bakı metrosu pulsuz işləyəcək

Bakı metrosu pulsuz işləyəcək

11 Aprel 2017, 22:04

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Bakı Metropoliteni daha bir yenilik edəcək. Modern.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

 

Onun sözlərinə görə, oyunlar ərəfəsində, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günlərində xüsusi geyim formasında olan könüllülər və Oyunların xüsusi buraxılış vərəqəsi olan akkreditə olunmuş nümayəndələri metropoliten stansiyalarından pulsuz istifadə edəcəklər.

 

N.Paşayevin  sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri keçirilən günlərdə isə metronun "Koroğlu" stansiyası mərasimdən çıxan iştirakçılar üçün pulsuz olacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu