Almaniyanın Dortmund şəhərində yerli futbol klubunun oyunçularını daşıyan avtobusun yaxınlığında partlayış olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayış avtobusun hərəkətə başladığı anda baş verib.
Partlayış səbəbindən "Dortmund"-"Monako" oyunu təxirə salınıb.
Bəzi məlumatlarda oyunçulardan birinin yaralandığı bildirilsə də, fakt rəsmi təsdiqini tapmayıb.
Qeyd edək ki, partlayış “Signal İduna Park” arenasından 10 km uzaqlıqda baş verib.
Modern.az