Modern.az

Milli Məclisin deputatı əsas məruzəçi təyin olunub

Milli Məclisin deputatı əsas məruzəçi təyin olunub

11 Aprel 2017, 22:53

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə Komitəsinin Tbilisidə keçirilən 48-ci iclası başa çatıb. Modern.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin QDİƏT PM-dəki nümayəndə heyətinin üzvü Əflatun Amaşov bu qurumun Baş Assambleyasının iyul ayında İstanbulda keçiriləcək sessiyasına əsas məruzəçi təyin olunub.

Ə.Amaşov Baş Assambleyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə yeni enerji mənbələrinin inkişafı mövzusunda məruzə ilə çıxış edəcək.

Komitə iclasında, əsasən enerji resurslarından səmərəli istifadə, alternativ enerji hasilatı və istifadəsi ilə əlaqəli layihələrin hazırlanması, reallaşdırılması, bio enerjidən istifadədə, bu sahədə beynəlxalq təcrübə və s. məsələlər müzakirə olunub.

Ə.Amaşov bu iclasda alternativ enerjinin perspektivləri, inkişaf etmiş ölkələrdə və dünyanın bir sıra digər ölkələrində, eləcə də Azərbaycanda alternativ enerjidən istifadə barədə məlumat verib.

Sonra məruzə ətrafında çıxışlar olub, təşkilata üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri mövzu ilə əlaqədar fikirlərini bölüşüblər.

Çıxış edənlər Ə.Amaşovun məruzəsini yüksək qiymətləndiriblər.

Komitə iclasında bir sıra tövsiyə xarakterli qərarlar da qəbul olunub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu