Modern.az

Tramp Şimali Koreyanı HƏDƏLƏDİ: “Xəbərdarlıq etmədən tədbir görəcəyik”

Tramp Şimali Koreyanı HƏDƏLƏDİ: “Xəbərdarlıq etmədən tədbir görəcəyik”

11 Aprel 2017, 23:18

Ağ Evin rəsmi nümayəndəsi Şon Spenser prezident Donald Trampın Şimali Koreya ilə bağlı mövqeyini açıqlayıb.

 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin rəsmisi Şimali Koreyaya xəbərdarlıqsız zərbələrin endirilə biləcəyini deyib.

 

 

“Prezident cavab tədbirləri haqda öncədən danışan şəxslərdən deyil. O, Şimali Koreyaya hörmətlə yanaşsa da, raket proqramının cavabsız qalmayacağını deyib. Sonuncu görmək istəyimiz şey ABŞ və qonşu dövlətlərin sahillərinə təhlükə törədən nüvə silahına malik Şimali Koreyadır”.

 

Vüqar İSMAYILOV

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB