Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunan B qrupunda oyunlara yekun vurulub. Modern.az xəbər verir ki, qrupun son oyununda Azərbaycan və Macarıstan milli komandaları qarşılaşıb. Oyun 6:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Beləliklə, 3 oyundan 9 xal toplayan Azərbaycan milli komandası 2018-ci il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyana şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, millimiz ilk oyunda Bosniya və Herseqovina yığmasını 5:4, ikinci qarşılaşmada isə Albaniya komandasını 5:0 hesabı ilə məğlub etmişdi.
Modern.az