Modern.az

Deputat sulu qəlyanın qadağan olunmasını təklif edir

Deputat sulu qəlyanın qadağan olunmasını təklif edir

12 Aprel 2017, 00:14

“Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsində mübahisəli məsələlərdən biri qapalı məkanlarda (kafe, restoran, çayxana, otel, oyun salonları və s.) sulu qəlyanların çəkilməsinə münasibətdir”.  Bu fikirləri Modern.az-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Musa Quliyev bildirib.

Musa Quliyevin sözlərinə görə, layihə hazırki şəkildə qəbul olunarsa, sulu qəlyan çəkilməsinə məhdudiyyət qoyulmayacaq: “Mənim fikrimcə isə sulu qəlyan daha təhlükəli və gənclərdə alışqanlıq yaradan pis verdiş kimi qapalı məkanlarda qadağan olunmalıdır. Açıq havada çəkilməsinə icazə vermək olar. Yaxud xüsusi lisenziya ilə işləyən qəlyanxanalar açmaq olar. Uşaqları, məktəbliləri, siqaret tüstüsü olan məkanlardan uzaq tutmaq lazımdır”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu