“Birinci hissə bir qədər ağır keçdi. Qol epizodlarımız çox olsa da, istifadə edə bilmədik. Rəqib komandanın ilk olaraq hesabı açması vəziyyəti gərginləşdirdi. Ancaq toparlanaraq birinci hissədə iki qol vuraraq hesabı öz xeyrimizə dəyişə bildik. İkinci hissənin əvvələrində isə rəqib komanda qapıçıyla birgə oyuna qoşulsalar da onlara heç bir şans vermədik. Rahat qələbə qazandıq. Eyni zamanda Macarıstan yığması ikinci hissədə bir qədər yorğun olduğu görünürdü”. Bunu Modern.az-a futzal üzrə milli komandamızın oyunçusu Vitali Borisov bildirib.
Vitali Borisovun sözlərinə görə, komanda da mübarizə aparan gənc futzalçıların oyun tərzi haqqında da fikirlərini bildirib: “Mən deyərdim ki, yaxşı oynadılar. Həm də səhvsiz ötürmələrlə qol vuraraq hesabı daha da artırdılar. Ancaq biz az oyun keçirdiyimizə görə onlar üçün təcrübə toplamaq şansı da azalır. Ona görə də həm onlar üçün həm elə bizim üçün də çox oyuna çıxmaq lazımdır ki, daha da təcrübəli və peşəkar oyun nümayiş etdirək”.
Aida İSAQ