ABŞ-da hərbi sursat istehsal edən zavodda partlayış baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Missuri ştatının İndependens şəhərində baş verib.
Məlumata görə, insident nəticəsində bir nəfər həlak olub və üç nəfər yaralanıb.
Hadisənin təfərrüatları açıqlanmır.
Modern.az