Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. Modern.az xəbər verir ki, turun ilk qarşılaşması İtaliyada "Yuventus" "Barselona" komandaları arasında keçirilib. Qarşılaşma italiyanların böyük hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 7-ci və 22-ci dəqiqələrində argentinalı hücumçu Paulo Dibala "Barselona"nı məyus edib.
Qarşılaşmanın sonuncu qolunu da 55-ci dəqiqədə "Yuventus"un oyunçusu Corco Kyellini vurub. Beləliklə, "Barselona" qapısında gördüyü 3 cavabsız qolun əvəzini doğma meydanda çıxmalı olacaq.
Modern.az